XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2016 - 10:33

Avro-2016:Portuqaliya millisi dörddəbir finala yüksəldi

İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində növbəti oyun keçirilib.

Lans şəhərindəki 35 minlik azarkeş tutumuna malik “Bollaert-Delelis" stadionunda Xorvatiya və Portuqaliya milli komandaları qarşılaşıb.

İspaniyalı baş hakim Karlos Velaskonun idarə etdiyi oyununun əsas vaxtında hesab açılmayıb.

Qalibi müəyyənləşdirmək üçün matça əlavə vaxt təyin olunub. Görüşün 117-ci dəqiqəsində portuqaliyalı Kriştianu Ronaldunun ötürməsini Rikardo Quaresmo rəqib qapısından keçirib.

Beləliklə, Portuqaliya millisi 1:0 hesabı ilə qalib gələrək Avro-2016-nın dörddəbir finalına yüksəlib.