XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

25 İyun 2015 - 12:22

ABŞ-ın girovlarla bağlı siyasəti dəyişir – Prezident Obama kömək edəcək

Obama_1.jpg

Prezident Barak Obama ABŞ-ın girov götürənlərlə bağlı siyasətində dəyişikliklər edilməsi haqda göstəriş verdiyini deyib. ABŞ prezidenti hökumətin xarici ölkələrdə terrorçular tərəfindən girov saxlanan amerikalıların azad edilməsi üçün dövlətin nüfuzundan bütünlüklə istifadə edəcəyinə söz verib.

Ağ Evdə danışan cənab Obama deyib ki, ABŞ hökuməti bundna sonra girov götürənlərlə danışıqlar aparmağa çalışan və qohumlarının azad edilməsi üçün pul ödəmək istəyən ailə üzvlərini cəzalandırmaqla hədələməyəcək.

Altı ay müddətində girovlarla bağlı siyasətin nəzərdən keçirilməsindən sonra açıqlanan nəticələrlə tanış olan prezident Obama “Biz bu işi daha yaxşı görməliyik” deyib. O bildirib ki, hökumət girov götürənlərə güzəştə getməyəcək və onlara pul ödənməsinin yenə də əleyhinədir.

Lakin bununla belə, prezident bildirib ki, bu siyasət girov götürənlərlə əlaqə saxlanılmasına mane olmayacaq.

Ağ Evdə keçmiş girovlar və onların ailə üzvləri ilə görüşdən bir qədər sonra danışan cənab Obama deyib ki, hökumət ayrı-ayrı şəxslərin girov götürənlərlə ictimaiyyət və özəl şəxslər vasitəsilə əlaqə saxlamaq səylərinə kömək edəcək.

Girovlarla bağlı vəziyyətdə yeni siyasi kurs girov böhranı qurbanlarının ailə üzvlərinin hökuməti kəskin tənqidindən sonra atılıb. Ailə üzvləri girovdarlara pul ödənməsi, ya da buna cəhd göstərildiyi halda cəzalandırılacaqları kimi təhdidlərlə qarşılaşdığını bildirib.

ABŞ rəsmiləri yeni inzibati ölçülərin girovların ailə üzvləri ilə səylərin koordinasiya edilməsi, girovdarlarla əlaqə yaradılmasına yardımın göstərilməsi işini asanlaşdırıcağını bildiriblər.

Strateq.az