XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 11:49

Vəkillər Taleh Bağırovun barəsində cinayət işinin materialları ilətanış olublar

taleh-bagirov

Vəkillər “Müsəlman Birliyi” hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırovun və digər 18 nəfər barəsində cinayət işinin materialları ilə tanış olublar.
 
Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, cinayət işinin materialları ilə tanışlıq başa çatıb. Vəkillər işlə bağlı vəsatətlər veriblər. Həmin vəsatətlərə istintaq orqanı tərəfindən münasibət bildirildikdən sonra iş baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. (APA)

Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur.

Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.