XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 11:58

“Formula 1” yarışı ilə bağlı çəkilən asfaltsöküldü

yol baskovet

Bakıda keçirilən "Formula 1" yarışları ilə əlaqədar şəhərin mərkəzində olan qəmbər daşlar asfalt ilə örtülmüşdü.

Ötən gündən etibarən Niyazi küçəsindəki Azneft meydanından İstiqlaliyyət küçəsi ilə kəsişməsinədək olan hissədə təmir işləri start götürüb. Asfalt üzlüklə örtülən qəmbər daşlar yenidən öz vəziyyətinə qaytarılaraq bir neçə gündən sonra istifadəyə veriləcək. Milli.Az xəbər verir ki, sözügedən yollarda iş təkcə asfalt örtüklərin qaşınması ilə yekunlaşmayacaq, əvvəlcədən mövcud olan problemlər də aradan qaldırılacaq.    

Bunu əməkdaşımıza sözügedən ərazidə olan iş icraçısı bildirib. Onun sözlərinə görə, həmin ərazidə yarışdan da əvvəl çökəkliklər olub ki, onlar hamarlanacaq: "Sadəcə, indi fürsət yaranıb və yolun bağlanmasından istifadə edərək həmin çökəklərdə olan daşlar çıxarılır, yerləri düzlənərək qəmbər daşlarla yenidən örtüləcək".