XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 12:23

ATƏT-in sədri Azərbaycanagəlir

stanmayer

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaz ölkələrinə səfərinin tarixi məlum olub.

Ermənistanın “Aysor” agentliyinin verdiyi məlumata görə, o, iyunun 29-da Ermənistana iki günlük səfər edəcək. (APA)

Regiona səfəri çərçivəsində Ştaynmayer Gürcüstan və Azərbaycanda da olacaq.

O, iyunun 30-da Azərbaycana səfər edəcək. APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, həmin gün o, rəsmi görüşlər keçirəcək. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycan – ATƏT əməkdaşlığı əsas müzakirə mövzusu olacaq.

Bundan əvvəl isə o, Ermənistanda səfərdə olacaq. Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində ATƏT sədrinin Gürcüstana səfəri də nəzərdə tutulur.