XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 14:05

Roma Papası:“Azərbaycanlılarla Ermənistanda gördüyüm həqiqətlər haqda danışacağam”

papa

“Mən azərbaycanlılarla Ermənistanda gördüyüm həqiqətlər haqda danışacağam, hansıları ki, hiss etmişəm”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistanda səfərini başa vuran Roma Papası Fransisk təyyarəyə minərkən jurnalistin “bir neçə həftə sonra Azərbaycana gedəndə nə deyəcəksiniz?” sualına cavab verərkən deyib:

"Deyəcəyəm ki, kiçik torpaq parçasına görə sülhü bərqərar etməmək – bunda möhtəşəm heç nə yoxdur. Bəlkə, bu, o deməkdir ki, nəsə qaranlıqdır, elə deyilmi? Ola bilsin ki, ermənilər və azərbaycanlılar sülh razılığına gələ bilmirlər. Amma onlar bunun üzərində çalışmalıdırlar. Mən o an ürəyimdə olanları deyəcəm. Başqa nə deyə bilərəm, bilmirəm". 

Papa daha öncə Azərbaycan prezidenti ilə görüşüb, söhbət etdiyini də xatırladıb. O, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşündən xəbərdar olduğunu da vurğulayıb. 

"Ötən həftə Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə fotosunu görəndə çox sevindim. Ən azından onlar danışmağa başlayıblar".

Roma Papasının Ermənistana səfəri iyunun 24-dən başlayıb. Səfər çərçivəsində erməni katalikosu İkinci Qaragenlə birlikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat imzalayıb.