XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 15:02

Eldar Sabiroğlunun oğlunun istintaqıbaşa çatıb

rufet-11.jpg

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində qaldırılmış cinayət işinin istintaqı başa çatıb.

Bu barədə vəkil Bəhruz Bayramov “Amerikanın səsi”nə  bildirib. Vəkilin sözlərinə görə, artıq iş materialları ilə tanış olublar.

“Cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət də qaldırdıq və vəsatətimiz təmin olunmadı”, – o qeyd edib. Vəkil bildirib ki, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. 

Rüfət Səfərov 2015-ci ilin sonlarında bəyanat verərək prokurorluq orqanlarından istefa verib. Bundan sonra Baş Prokurorluq onun barəsində xidməti yoxlama aparıb.

Baş Prokurorluğun yaydığı məlumata əsasən Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bakının Binəqədi Rayon Məhkəməsi 2016-cı il yanvarın 15-də R.Səfərovun barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Yanvarın 22-də Binəqədi Rayon Məhkəməsi Səfərovun barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

R.Səfərov hakim Yeni Azərbaycan Partiyasının fəallarından, Milli Məclisin keçmiş üzvü Eldar Sabiroğlunun oğludur.