XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2016 - 15:19

Deputat:“Azərbaycanda məcburi hərbi çağırışın ləğvi gündəmdə deyil”

rovsen

Məlum olduğu kimi, Gürcüstanda peşəkar orduya keçidlə əlaqədar olaraq məcburi hərbi çağırış ləğv edilib. Azərbaycanda necə, məcburi hərbi çağırışın ləğvi mümkündürmü? İndiki zamanda buna ehtiyac varmı?

Millət vəkili Rövşən Rzayev belə bir məsələnin hazırda gündəmdə olmadığını qeyd edib:

Bu, Gürcüstanın daxili işidir. Azərbaycana gəlincə, Azərbaycanda bu məsələ ilə bağlı hər hansı problem yoxdur. Azərbaycan ordusu uğurla inkişaf edir. Ona görə də hələlik bizdə belə bir dəyişiklik etməyə ehtiyac yoxdur. Azərbaycan əraziləri eyniylə Gürcüstan kimi işğal altındadır. Azərbaycan öncə işğaldakı torpaqları azad etməlidir. Yalnız bundan sonra digər məsələlər haqqında düşünmək olar”.