XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 12:07

Qazaxıstan Təhlükəsizlik Şurasına üzv ola biləcəkmi? –BMT-də seçki

nazarbayev-88

BMT Təhlükəsizlik Şurasının daimi olmayan üzvlərinin 2017-2018-ci il üçün seçkisi bu gün keçiriləcək.

Daimi olmayan üzvlüyə iddia edənlər arasında Qazaxıstanın da adı var. Qazaxıstan indiyə qədər Təhlükəsizlik Şurasına bir dəfə də daxil olmayan 68 ölkədən biridir(Axar.az).

Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi olmayan üzvlüyünə seçilmək üçün Baş Assambleyanın 193 üzvündən 129-nun səsini toplamaq lazımdır. Buraya 15 dövlət üzv seçilir. Onlardan 5-i daimi, 10-u isə daimi olmayan üzvlərdir. Hazırda daimi olmayan üzvlər Anqola, Venesuela, Misir, İspaniya, Malaziya, Yeni Zelandiya, Seneqal, Ukrayna, Uruqvay və Yaponiyadır.