XƏBƏR LENTİ

03 Avqust 2020
02 Avqust 2020

Digər Xəbərlər

27 Fevral 2015 - 20:21

Ermənistanda Rusiya sərhədçisi öldürülüb?

Ermənistanda Rusiya sərhədçisi öldürülüb?

Ermənistan istintaqçıları Rusiya Federal Təhlükəsizlik Xidməti sərhəd idarəsinin Ermənistandakı hərbçisi Artur Afyanın itkin düşməsi ilə əlaqədar cinayət işi başlayıb. Musavat.com xəbər verir ki, məlumatı “İnterfaks” yayıb. İstintaq Komitəsindən agentliyə bildirilib ki, cinayət işi “Adam öldürmə” maddəsi ilə qaldırılıb.

Sərhədçinin itməsi barədə polisə məlumatı onun həyat yoldaşı verib. Onun sözlərinə görə, fevralın 21-i səhərdən Artur Afyan telefon zənglərinə cavab vermir. Sərhədçi sonuncu telefon danışığında həyat yoldaşına bildirib ki, Gümrüdə kirayəyə götürdüyü evdən çıxmaq istəyir və Marmaşen kəndinə getməyə hazırlaşır. Rusiya Müdafiə Nazirliyi isə hərbi qulluqçunun yoxa çıxdığını təkzib edib.