XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 14:12

Supermarketlər növbəti cavablarını aldılar:“Müraciətə və təkliflərə baxılacaq”

Vergilər naziri Oğuzda vətəndaşları qəbul edib

Supermarketlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərdikləri müraciətə cavab gəlib.

Strateq.az xəbər verir ki, bunu iqtisadçı ekspert Elçin Qurbanov əməkdaşımızla söhbətində bildirib.

Ekspertin dediyinə görə, Baş nazirə göndərilən məktuba cavabı Vergilər nazirinin müavini Sahir Məmmədxanov verib: “Cavabda bildirilir ki, Vergilər Nazirliyində vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi istiqamətində, o cümlədən ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq müvafiq normativ hüquqi aktlar hazırlanarkən, qeyd olunan təklifə də baxılacaq.”

Elçin Qurbanov cavabın bu şəkildə verilməsini yüksək qiymətləndirir və məsələnin hüquq müstəvisində həlli istiqamətində irəlləyişin başlanğıcı hesab edir.

Qeyd edək ki, bir müddət əvvəl supermarketlərin problemini araşdıran Elçin Qurbanov layihə hazırlayıb Nazirlər Kabinetinə göndərmişdi. Vergilər Nazirliyindən göndərilən cavab da onun müraciətilə bağlıdır.