XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 15:57

Aydın Əliyev şikayətçiləri qəbul edəcək –Komitə sədrinin qəbul qrafiki açıqlandı

Aydın Əliyev

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iyulun 2-də saat 11:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində bu bölgədən olan vətəndaşlar ilə görüşəcək.

Strateq.az Komitənin mətbuat xidmətinə istinadən xəbər verir ki, qəbul zamanı bölgədə yerləşən rayonların – Ağdaş, Göyçay, Yevlax, Ucar rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyulun 1-i saat 11:00-dək 195 Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə, əlaqə telefonu: (012) 404-22-00), Yevlax Gömrük İdarəsi (əlaqə telefonu: (022) 336-44-27) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.