Almaniyalı nazır Cənubi Qafqaza səfər edəcək
Almaniya federal xarici işlər naziri Frank-Valter Ştaynmayerın sabah Cənubi Qafqaza üçgünlük səfəri başlayır.
Almaniyanın ölkəmizdəki səfirliyindən “Strateq.az” saytına bildiriblər ki, nazir səfər çərçivəsində Ermənistan, Azərbaycan və Gürücüstanda olacaq.
Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində keçəcək. Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa nazir Ştaynmayer 1 iyulda Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə öz töhfəsini verəcək. Almaniyalı naziri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək.
Strateq.az