XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2016 - 18:43

Rusiya:“Türkiyə bizim üçün əvəzsizdir”

kreml

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə məktub yazmasından sonra Rusiyanın turizm şirkətləri açıqlama yayıblar.

Şirkətlər iki ölkə arasında münasibətlərin müsbət məcraya yönəlməsindən məmnun olduqlarını bildiriblər.

“Heç bir ölkə Türkiyəni əvəzləyə bilməz. Əgər qadağa qaldırılsa, tur şirkətləri çox sevinəcək”, – Rusiya Turizmçilər Birliyinin sözçüsü İrina Turina deyib(Axar.az).

Qeyd edək ki, Türkiyə ötən il noyabrın 24-də sərhədlərini pozduğu üçün Rusiyaya məxsus Su-24 bombardmançısını vurub. Bundan sonra iki ölkə arasında münasibətlər pozulub. Rusiya turizm şirkətlərinə Türkiyəyə tur təşkil etməyə qadağa qoyub.