Atatürk hava limanında baş verən partlayışlarla bağlı yeni xəbərlər yayılıb.
"CNNTürk" xəbər verir ki, aeroportda yaralıların sayı o qədər çoxdur ki, təcili yardım maşınları çatdırmır və xəsarət alanlar yaxınlıqda olan taksilərlə xəstəxanalara çatdırılır.
Hürriyet-ə danışan hadisə şahidləri bildiriblər ki, partlayışlardan sonra 50-ə yaxın silah səsi eşidilib. Bundan başqa, partlayışların iki terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Onlardan biri hava limanının içərisində, digər isə bayırda olub.
Ərazi təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən mühasirəyə alınıb.
***
İstanbul aeroportunda partlayışda çox sayda ölü var
Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Atatürk hava limanında baş verən partlayışlarda ölənlərin sayını açıqlayıb.
Nazir bildirib ki, terrorçulardan biri insanlara atəş açıb, daha sonra isə özünü partladıb.
Onun sözlərinə görə, partlayış nəticəsində azı 10 nəfər həyatını itirib(ANS).
"Reuters" agentliyi yazır ki, terrorçular X-ray cihazından keçməzdən əvvəl özünü partladıb.
Partlayış baş verən ərazi
Partlayış baş verən ərazi
ANS