XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 10:06

İstanbul teraktının qurbanları arasındaazərbaycanlıların olub-olmadığı araşdırılır

hikmet

Azərbaycanın İstanbuldakı baş konsulluğu Atatürk hava limanında baş verən terror hadisəsi zamanı xəsarət alan və ölənlər arasında azərbaycanlıların olub-olmadığı araşdırır.

Bu barədə  Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında 3 terrorçu-intiharçı özünü partladıb. Verilən son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.