Rusiyanın dövlət xadimi, keçmiş baş nazir Yevegeni Primakov 86 yaşında vəfat edib.
Strateq.az bildirir ki, Y.Primakov iyunun 3-dən xəstəxanada yatırdı.
1929-cu ildə doğulan Primakov iqtisadiçı, SSRİ dövlət mükafatı lauretadır. 1977-85-ci illərdə SSRİ Şərqşünaslıq İnstitutunun direktoru olub. Mixail Qorbaçov SSRİ rəhbərliyinə gəldikdən sonra Primakov partiya karyerası quraraq Mərkəzi Komitədə məsul vəzifə tutub.
1991-ci ildən 1996-cı ilə qədər Rusiya xarici kəşfiyyat Xidmətinin rəhbəri olub.1996-98-ci illərdə xarici işlər naziri, daha sonra baş nazir postunda çalışıb.
Y. Primakov Azərbyacanda yaxşı xatırlanmır. 1990-cı il 20 yanvarında Bakıya sovet qoşunlarının çağırılmasının əsas təşəbbüskarlarından olan Primakov Azərbaycandakı siyasi böhran zamanı sovet hakimiyyətinin işini tənzmiləmək üçün Qorbaçov tərəfindən Bakıya göndərilib. Azərbaycanın kommunist rəhbərliyinə sovet ordusunun şəhərə girməyəcəyini rəsmi şəkildə bəyan etsə də, sonradan onun yalan danışdığı üzə çıxıb. Mixail Qorbaçova yazdığı hesabatda o “Bakıya təcili ordu hissələrinin yeridilməsinin vacibliyi”ni yazıb.
20 yanvarla bağlı qaldırılmış cinayət işində Primakovun adı əsas günahkarlar sırasında qeyd olunurdu.