XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 11:22

İstanbul teraktında ölən və yaralananlar arasındaAzərbaycan vətəndaşları varmı? - XİN açıqladı

İlkin məlumatlara görə, İstanbulun Atatürk hava limanında törədilmiş terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, İstanbulun Atatürk hava limanında iyunun 28-də 3 terrorçu-intiharçı özünü partladıb. Son rəsmi məlumatlarda terror aktı nəticəsində ölənlərin sayının 36 nəfərə çatdığı, 147 nəfərin isə yaralandığı bildirilir.