XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 12:46

AZAL-a məxsus təyyarə Atatürk Hava Limanınaeniş edib

Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula uçuş həyata keçirən “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə Atatürk Hava Limanına eniş edib.

AZƏRTAC xəbər verir ki, “J2 8075” saylı reyslə hərəkət edən təyyarə Bakı vaxtı ilə 11:50-də Atatürk Hava Limanına çatıb və Bakı vaxtı ilə saat 13:20-də geriyə dönəcək.

“Türk Hava Yolları”na məxsus təyyarələr isə bu gün Bakı vaxtı ilə 15:00 və 22:05-də Bakıdan İstanbula yola düşəcək. Artıq xarici uçuşlar həyata keçirən 38 təyyarə Atatürk Hava Limanına eniş edib. Hazırda aeroport adi rejimdə fəaliyyət göstərir və gərginlik aradan qaldırılıb.

Qeyd edək ki, Atatürk Hava Limanının terminalında törədilmiş terror aktı nəticəsində səhər 08:00-dək bütün reyslər təxirə salınmışdı. Baş verən terror aktı nəticəsində 36 adam həlak olub, çoxlu yaralanan var.