XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 12:59

Kosaçov:"İstanbuldakı terror aktı Türkiyənin Rusiya ilə münasibətlərinə qarşı yönəlib"

Rusiya Federal Məclisi Federasiya Şurasının beynəlxalq işlər komitəsinin rəhbəri Konstantin Kosaçovun sözlərinə görə, İstanbulun Atatürk hava limanında baş verən terror aktı Türkiyə hökumətinin Rusiya və İsrail ilə münasibətləri normallaşdırmaq cəhdlərinə qarşı yönəlib.

Azərtac Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, Konstantin Kosaçov Türkiyə hökumətinin terror aktını İŞİD yaraqlılarının törətdiyi barədə ehtimallarını daha inandırıcı sayır.

Senator, həmçinin terror aktının Türkiyə və Rusiya liderlərinin danışıqlarına təsir etməyəcəyinə əmin olduğunu bildirib.

Xatırladaq ki, iyunun 28-də İstanbulun beynəlxalq Atatürk hava limanının giriş və çıxışında, habelə avtomobil dayanacağında törədilən üç partlayış nəticəsində 36 nəfər həyatını itirib, 147 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.