XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 13:34

“Azərbaycan Dəmir Yolları” 10 ədəd“NAZ Lifan” aldı

“Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi 10 ədəd “NAZ Lifan” avtomobili alıb.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

“Azərbaycan Dəmir Yolları" QSC “Təsərrüfat İdarəsi” MMC-nin rəisi Məhəmməd Əmircanov KİV-lərə məlumat verərək bildirib ki, avtomobillər xidməti istifadə üçün nəzərdə tutulur.

Ümumiyyətlə, “Azərbaycan Dəmir Yolları" QSC-nin avtomobil parkının yenilənməsinə ehtiyac var. Bu baxımdan Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi “NAZ Lifan” avtomobillərinə üstünlük veriləcək.