XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 13:37

“Bakı 2015″dən xəbərdarlıq – 7000 manat cərimə olacaq

Bakı 2015 ictimaiyyəti ilk Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən əldə etməyə çağırır.

Strateq.az “Bakı 2015″in saytına istinadən xəbər verir ki, yarışın son günlərinə və ən çox bilet satışı proqnozlaşdırılmış Bağlanış Mərasiminin biletlərinə tələbat əhəmiyyətli dərəcədə artıb.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) ictimaiyyəti məlumatlandırır ki, hər hansı bileti onun nominal dəyərindən baha qiymətə satmaq Azərbaycan qanunvericiliyinə ziddir.

Təşkilatçılar Bakı ərazisində bilet möhtəkirliyi ilə məşğul olmanın qarşısını almaq məqsədilə hüquq mühafizə orqanları ilə sıx əməkdaşlıq edir. Bu fəaliyyətin tərkib hissəsi kimi, istənilən şəxsin Bakı 2015 Avropa Oyunlarının hər hansı bir yarışına bileti yüksək qiymətə satması faktından asılı olaraq həmin şəxs polis tərəfindən saxlanılaraq istintaqa cəlb ediləcək və 7000 manata qədər cəriməyə məruz qalacaq.

Bakı 2015 azarkeşlərin Avropa Oyunlarına biletləri Bakı 2015-in veb səhifəsindən və ya Bakı şəhərində yerləşən 12 rəsmi bilet satışı kassalarından əldə etməsini təmin etmək istəyir.

Bilet satışı kassalarının ünvanlarından tutmuş məkanlara necə getmək haqqında məlumatlara qədər Avropa Oyunlarına dair hər hansı məlumatı 077 201 50 00 nömrəsi ilə əlaqə saxlayaraq Tamaşaçı Məlumat Mərkəzindən və ya www.baku2015.com veb səhifəsindən əldə etmək mümkündür.

Oyunların bağlanış Mərasimi iyun ayının 28-də olacaq. Mərasim Olimpiya stadionunda baş tutacaq. Mərasim üçün biletlər bir necə gün öncədən satılaraq qurtarıb. Oyunların Bağlanış mərasiminə maraq dünyanın heyran olduğu açılışdan sonra daha da çoxalıb.