XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 16:39

Tərtər və Füzulidə raket hissəsi vətop mərmisi tapılıb

Tərtər və Füzuli rayonlarında 5 ədəd partlamamış hərbi sursat aşkar edilib.

ANAMA-dan verilən məlumata görə, Tərtər rayonu Çaylı kəndində 1 fermada 10 partlayış yerinə baxış keçirilib, 4 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Ümumilikdə 16 500 kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Zəngişalı kəndində 2 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Ümumilikdə 9000 kv.m ərazi yoxlanılıb.

Füzuli rayonu Horadiz şəhərində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (A-462, 122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb. Rayon üzrə ümumilikdə 3120 kv.m ərazi yoxlanılıb.

İyunun 29-da 1 ferma, 5 əkin sahəsində 16 partlayış yerinə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (1 ədəd A-462, 122 mm-lik top mərmisi və 4 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb. Gün ərzində 28 620 kv.m ərazi təmizlənib.