XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:32

30 iyun Sevgililər Günündə –Sevgililər Gəzintisi keçiriləcək

40582

İyunun 30-da Şəhidlər Xiyabanının qarşısındakı meydandan Sevgililər Gəzintisi başlayacaq. 

2003-cü ildən bəri iyunun 30-da Azərbaycanda Sevgililər Günü qeyd olunur. Hər il bu münasibətlə Sevgililər Şöləni və Sevgililər Gəzintisi keçirilir.

"Bu il Sevgililər Şöləni edə bilmədik, amma qərarlaşdırdıq ki, Sevgililər Gəzintisi ənənəsini pozmayaq" – bunu Strateq.az-a "30 İyun Sevgililər Günü" İB-nin sədri Əvəz Zeynallı bildirib. Onun dediyinə görə, gəzinti saat 18.00-da Şəhidlər Xiyabanının qarşısındakı meydançadan başlayacaq.

30 İyun Sevgililər Günü 2003-cü ildən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən irəli sürülüb və ictimailəşib. Bu gün 20 Yanvar Şəhidləri İlhamla Fərizənin 1989-cu ilin iyunun 30-da keçirilən toy günlərinin tarixidir. Onlar cəmi 6 ay birlikdə yaşadılar və 20 yanvarda İlham, 22 yanvarda isə Fərizə şəhidlik zirvəsinə yüksəldilər.

 

Strateq.az