XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 17:08

Qara Qarayev prospektininbir hissəsi bağlanır

Nizami rayonu Qara Qarayev prospektində aparılan təmir işləri ilə əlaqədar olaraq iyunun 30-dan iyulun 1-nə keçən gecə prospektin bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik tam olaraq məhdudlaşdırılır.

"Azəravtoyol" ASC-nin mətbuat katibliyindən verilən məlumata görə, məhdudlaşdırma Qara Qarayev prospektinin Şirin Mirzəyev küçəsindən Rüstəm Rüstəmov küçəsi istiqaməti üzrə (Dakar meydanınadək) olan hissəsində tətbiq olunacaq.

Digər hərəkət istiqaməti üzrə, yəni R.Rüstəmov küçəsindən metronun "Qara Qarayev" stansiyası yerləşən əraziyə doğru hərəkətdə hər hansı bir məhdudlaşdırma tətbiq olunmur.

Sürücülərdən təmir işləri aparılan müddət ərzində alternativ olaraq Mikayıl Əliyev, Mehdi Abbasov, Rüstəm Rüstəmov və digər küçələrdən istifadə etmələri tövsiyə olunur.