XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

26 İyun 2015 - 14:42

XİN də Avropa Şurasını hədələdi

xin foto.jpg

“İyunun 23-də Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qəbul edilmiş “Azərbaycanda demokratik təsisatların fəaliyyəti” adlı qətnamə rəsmi Bakıya qarşı yönəlmiş qərəzli və əsassız yanaşmaya daha bir nümunədir”.

Strateq.az bildirir ki, bu barədə Azərbaycan XİN-in bəyanatnda deyilir.

Azərbaycanda siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, azad vətəndaş cəmiyyəti, söz azadlığı göz önündədir.

“Azərbaycanın bütün nailiyyətlərində məqsəd Azərbaycan xalqının maraqlarını təmin etməkdir, hansısa beynəlxalq qurumun tərifini almaq üçün deyil”, – XİN qeyd edib.

Avropa Şurası Azərbaycanın əleyhinə sənəd qəbul edib, cünki dinamik inkişaf edən müsəlman dövləti Avropanın xoşuna gəlmir. Bu, “Avropada geniş vüsət alan islamofobiyanın aydın təzahürüdür”, – XİN hesab edir.

“Azərbaycan dövləti onun milli maraqlarına cavab verən konstruktiv təkliflərə və tövsiyələrə hər zaman açıq olub. Müstəqil və suveren dövlətin daxili işlərinə müdaxilə, ona təzyiq və təhqir məqsədilə qəbul edilmiş istənilən sənəd qətiyyən məqbul deyil”, – sənəddə deyilir.

Azərbaycan XİN hesab edir ki, qərəzli münasibət və ikili standartların nümayişi Bakını Avropa Şurasında və onun Parlament Assambleyasında iştirakın nə dərəcədə vacib olub-olmaması haqda düşünməyə sövq edir.