“Birləşmiş Emənistan-Rusiya hava hucumundan müdafiə sistemi Ermənistana Rusiyanın bu potensialından istifadə etməyə imkan verir”.
Strateq.az bildirir ki, bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyan bəyan edib:
“Saziş çərçivəsində biz hava hucumundan müdafiə sahəsində regional tapşırıqları yerinə yetirərkən, məsələn, rus çoxfunksiyalı S-300 raket sistemindən istifadə edə bilərik”.
Onun sözlərinə görə, Ermənistan hava kəşfiyyatı üçün rusların geniş radiolokasiya imkanlarından da bəhrələnə bilər.
Xatırladaq ki, Rusiya ilə bu saziş 2015-ci ilin dekabrında imzalanıb.