XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 18:18

Qazaxstanda terrorçu özünü partladıb:Daha bir qrup İŞİD-çi həbs edildi

qazax teror

Qazaxstanda radikal qruplaşmanın üzvü özünü partladıb.

Strateq.az-ın məlumatına görə, bu barədə Qazaxstan Dövlət Təhlükəsizliyi Komitəsindən bildiriblər.

Məlumata görə, 26 iyun tarixində Karaqanda vilayətində radikal qruplaşmaya qarşı əməliyyat keçirilib. Qrup terror aktı həyata keçirməyi planlaşdırıb. Terrorçu qrupun olduğu yer  iyunun 26-da Balxaş şəhərində və Qulşat yaşayış məskənində müəyyən edilib.

“Qulşatda həyata keçirilən əməliyyat zamanı terrorçulardan biri özünü partladıb. O, aldığı yaralardan ölüb. Dəstənin digər üzvləri həbs edilib. Onlardan partlayıcı qurğular, odlu silah götürülüb. İşlə bağlı istintaq aparılır”, – deyə DTK-dan bildiriblər.  

Xatırladaq ki, iyunun 5-də də bir qrup radikal qrup silah mağazasına və hərbi hissəyə basqın edib. Rəsmi Astana bəyan edib ki, terrorçular İŞİD  lideri Muhəmməd Adnaninin əmrini yerinə yetiriblər.