XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2016 - 19:04

Ermənistan ordusundadaha bir əsgər ölümü

Ermənistan ordusunda əsgər ölümü qeydə alınıb.

Anspress bildirir ki, Artik Edgar Çaxalyan adlı əsgər boğulub. Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan faktı təsdiqləyib.

Məlumata görə, 20 yaşlı Çaxalyan süni göldə boğulub. Onun ölümü polisə sakinlər məlumat veriblər.

Xatırladaq ki, Ermənistan ordusunda son ölüm faktı iyunun 17-də qeydə alınmışdı. Həmin vaxt əsgər Hrant G.Qriqoryanın meyiti cəbhə xəttinin cənub istiqamətindəki təlim bölməsində tapılmışdı.