XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 10:59

İqtisadiyyat naziri sabah Lənkəranda vətəndaşlarıqəbul edəcək

sahin nazir

 

İyulun 1-də iqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran rayonlarından olan vətəndaşları qəbul edəcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, vətəndaşların qəbulu saat 11:00-dan etibarən Heydər Əliyev Mərkəzində (Lənkəran şəhəri, Heydər Əliyev Xatirə Parkı) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-14-56, 493-88-67 (21- 05), (055) 257- 60- 90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), nazirliyin 195-2 Çağrı Mərkəzi, nazirliyin Lənkəran regional bölməsi (ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, 3, əlaqələndirici şəxs Çingiz Məmmədov, əlaqə telefonu: (025) 255 10 71, (050) 235 01 07, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər. Bununla yanaşı, vətəndaşlar nazirliyin internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.