XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 13:51

DİN-dən “antinarkotika” əməliyyatı:3 rayonda 14 ton narkotik tutuldu

narko polis

Polis tərəfindən respublikanın bir neçə rayonunda silsilə əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Lerik RPŞ əməkdaşları tərəfindən Orand kəndi ərazisindən çəkisi 7 ton 430 kiloqram olan 16840 ədəd, Gədəbəy RPŞ əməkdaşları tərəfindən Miskinli kəndi ərazisindən çəkisi 947 kiloqram olan 1408 ədəd, Qəbələ RPŞ əməkdaşları tərəfindən Nic qəsəbəsi ərazisindən çəkisi 1 ton 340 kiloqram olan 2680 ədəd, Bayramkoxa kəndi ərazisindən çəkisi 1 ton 890 kiloqram olan 3780 ədəd, Qazax RPŞ əməkdaşları tərəfindən Aslanbəyli kəndi ərazisindən çəkisi 3 ton 196 kiloqram olan 9836 ədəd yabanı halda bitmiş çətənə kolları aşkar edilərək məhv edilib.