XƏBƏR LENTİ

07 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 20:13

Rio Olimpiadasında bayrağımızı aparacaq idmançınınadı bəlli oldu

rio bayraq

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 30-da Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Vitse-prezident bildirib: “Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər”.