XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 21:08

UEFA-dan İstanbuldakı terrorla bağlı qərar –Həlak olanlar 1 dəqiqəlik sükutla yad olunacaq

avro-2016-cempionat

Fransada futbol üzrə Avropa çempionatının 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək Polşa-Portuqaliya oyununda İstanbuldakı terror aktında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bu qərarı qitənin ali futbol qurumu – UEFA qəbul edib(Trend).

Qeyd edək ki, Polşa-Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Onu da xatırladaq ki, iyunun 28-də İstanbulun Atatürk hava limanında törədilən terror aktı nəticəsində 44 nəfər həlak olub.