XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

27 İyun 2015 - 08:49

Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Kəmaləddin Heydərov Göyçayda vətəndaşları qəbul edəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 30 iyun 2015-ci il tarixində Göyçay şəhərində, Heydər Əliyev Mərkəzində, saat 11.00-dan etibarən vətəndaşların qəbulu keçiriləcək.

FHN-dən APA-ya verilən xəbərə görə, qəbulda yalnız Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin müraciətlərinə baxılacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər nəzərdən keçiriləcək.
Qəbula gələn vətəndaşların qeydiyyatı iyunun 19-da saat 09.00-da Heydər Əliyev Mərkəzində (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 81) başlayacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.