XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyun 2016 - 22:55

Avropa Liqası:"Qəbələ" gürcü komandasını darmadağın etdi

futbol

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycanın “Qəbələ”  komandası Gürcüstanın “Samtredia” klubunu qəbul edib.

Strateq.az xəbər verir ki, oyuna fəal başlayan qəbələlilər rəqibi darmadağın edərək, cavab qarşılaşmasına rahat yollanmaq fürsəti yaxalayıblar – 5:1.

Oyunda hesabı 16-cı dəqiqədə Stankoviç açıb. Bu qoldan 3 dəqiqə sonra isə Zenyov hesabı 2-yə çatdırıb. 31-ci dəqiqədə isə Teo Uiks 3-cü topu rəqib qapısından keçirib.

İkinci hissənin 60-cı dəqiqəsəsində isə gürcü komandası fərqi azaldıb – 3:1. Ancaq yenidən toparlanan komandamız cəmi 9 dəqiqə sonra Teo Uiksla hesab arasındakı fərqi yenidən artırıb. Bu qoldan 3 dəqiqə sonra isə Teo 5-ci topu qapıdan keçirib – 5:1.