Ötən gecə “Avro-2016”nın 1/4 final mərhələsinin ilk oyunu keçirilib.
Strateq.az xəbər verir ki, Polşa milliləri Portuqaliya milliləri üz-üzə gəlib və oyunun 4-cü dəqiqəsində Levandovski polşalıları önə çıxarıb. Lakin 33-cü dəqiqədə Sançes hesaba tarazlıq gətirib – 1:1.
Bu görüşün əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Penaltilər seriyasında daha dəqiq oynayan portuqallar yarımfinala adlayıb.
Qeyd edək ki, cütün qalibi yarımfinalda Uels – Belçika oyununun qalibi ilə qarşılaşacaq.