Türkiyə prezidenti “Kürdüstan” layihəsini ortaya atanlara sərt reaksiya verib.
Strateq.az bildirir ki, dünən “Qırmızı Aypara” cəmiyyətinin iftar toplantısına qatılan prezident çıxışı zamanı “Kürdüstan” məsələsinə də aydınlıq gətirərək deyib: “Mən bütün millətimə səslənirəm, bütün dünyaya səslənirəm! Suriyanın şimalında, ölkəmizin güneyində yeni bir dövlət qurulmasına əsla izn verməyəcəyik! Bunun bilinməsini istəyirəm. Bədəli nə olursa olsun, bu məsələdə mübarizəmizi sürdürəcəyilk.”
ƏrdoğanTürkiyəyə bu istiqamətdə təzyiqlərin edildiyini də gizlətməyib: “Bir yandan Əsəd rejimi, bir yandan separatçı təşkilatın sözcüləri, bir yandan da ölkəmizdəki bir siyasi partiyanın nümayəndələri eyni ağızdan danışırlar. Məqsədlərin dünya ictimai rəyində Türkiyənin əleyhinə fikir formalaşdırmaq olduğu çox aydındır. Bu ittihamlarla Türkiyəni öz ətrafında baş verənlərə biganə qalmağa məcbur edib bölgənin demoqrafik formasını dəyişdirmək istəyirlər”.
Ərdoğana görə, Türkiyənin prosesləri kənardan izləməyə məcbur edilməsiylə etibarlı, rifah səviyyəsi yüksək sistemin qurulması mümkün deyil: “Açıq deyirəm, biz, bölgədəki demoqrafik dəyişikliklərə göz yummayacağıq”.
Strateq.az