XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

01 İyul 2016 - 12:59

Azərbaycan çaylarındakı mövcud vəziyyət… –Nazirlik xəbər yaydı

cay-araz

Ötən günlər ərzində respublika çaylarının sululuğunda əsasən mühüm dəyişiklik müşahidə olunmayıb.

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 50-100, Lənkəran-Astara bölgəsi çaylarında isə 30-80 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət

İyulun 01-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 225 m3/s olmaqla ongünlük normanın 75 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 213 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 81 m3/s olmaqla, ongünlük normanın 55 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 53 m3/s təşkil edərək ongünlük normanın 36 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət

İyulun 01-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Bankə məntəqəsində 2 sm azalma qeydə alınıb, Salyanda, Surrada, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 332 sm (2015-ci il iyulun 01-də 329 sm), Salyanda 98 sm (2015-ci il iyulun 01-də 80 sm), Bankədə 179 sm (2015-ci il iyulun 01-də 181 sm), Araz çayının Novruzlu məntəqəsində isə 48 sm (2015-ci il iyulun 01-də 48 sm) təşkil edir.