Pakistan İslam Respublikası Azərbaycana yeni səfir təyin edib.
Bunu Strateq.az-a açıqlamasında Pakistanın ölkəmizdəki hazırkı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser bildirib. Hazırda Yunanıstanda diplomatik fəaliyyət göstərən və ölkəmizə yeni təyin olunan səfir Səid Xan Mohmand bu ayın sonlarında Azərbaycana gələcək.
İxtisasca cərrah olan Səid Xan Mohmand Pakistan Xarici İşlər Nazirliyində 1988-ci ildən çalışır. Almaniyada, Ukraynada, BƏƏ-də müxtəlif diplomatik vəzifələrdə çalışıb.
Hazırkı səfir Xalid Usman Qayser yaxın vaxtlarda ölkəmizi tərk edəcək. O, iyulun 12-də diplomatik korpus və dövlət nümayəndələri ilə vida görüşü keçirəcək.
L.SƏMLA