Rusiya prezidenti Vladimir Putin Fransalı həmkarı Fransua Ollandla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.
Strateq.az bildirir ki, bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.
Telefon danışığı zamanı Putin Ollandı iyunun 20-də Peterburqda keçirilmiş üçtərəfli görüşün nəticələri barədə məlumatlandırıb.
Rusiya və Fransa liderləri ümidvar olduqlarını bildiriblər ki, görüş zamanı əldə edilmiş nəticələr sülh prosesinin davam etməsinə yardım göstərəcək: “ATƏT-in Minsk Qrupunda bu istiqamətdə birgə işi davam etdirmək barədə razılıq əldə edilib”.