“Bakı 2015” ilk Avropa Oyunlarında on yeddinci yarış günü medallar sahiblərini tapıb.
Strateq.az xəbər verir ki, iyunun 27-i Azərbaycanın qazandığı medalların sayı 56-ya çatıb. ölkəmiz ikinciliyi əldən verməyib –21 qızıl, 15 gümüş, 20 bürünc.
Millimizin üzvləri bu gün 3 qızıl, 1 gümüş medal əldə ediblər.
Rusiya medallarının sayına görə birincidir: 161 medal – 78 qızıl, 40 gümüş, 43 bürünc.
üçüncülüyü artıq 2 gündür ələ keçirən Böyük Britaniya yerini heç bir ölkəyə verməyib – 18 qızıl, 10 gümüş, 19 bürünc.
Türkiyə isə onluğa yenə də düşə bilməyib. Qardaş ölkə 29 medalla 14-cü yerdədir – 6 qızıl, 4 gümüş, 19 bürünc.