XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

28 İyun 2015 - 02:31

24 ölkə Moldovaya “hə” deyib
Moldovanın Aİ ilə assosiasiyası haqqında saziş 28 ölkədən 24-ü tərəfindən ratifikasiya edilib.

APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Moldovanın XİN və Avropa inteqrasiyası naziri Anna Taban bildirib.

Xatırladaq ki, Moldova Aİ ilə assosiasiya və azad ticarət haqqında sazişi 2014-cü ilin iyunun 27-də imzalayıb. Saziş ölkənin o zamankı baş naziri Yuri Lanke, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu, Avropa Şurasının rəhbəri German Van Rompey və Aİ-nin 28 ölkəsinin liderləri tərəfindən imzalanıb. Müxalifət nümayəndələri ratifikasiya əleyhinə çıxış ediblər.

“Hazırda saziş yalnız 4 ölkə – Avstriya, İtaliya, Yunanıstan və Kipr tərəfindən ratifikasiya olunmayıb”, – deyə nazir bildirib.