XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyul 2016 - 00:54

Avro-2016: Uels Belçikanı darmadağın etdi,Portuqaliyaya rəqib oldu

avro-2016-cempionat

"Avro-2016"nın 1/4 final mərhələsində Britaniya təmsilçisi olan Uels millisi Belçika ilə üz-üzə gəlib.

Strateq.az xəbər verir ki, oyunda çoxları Belçikadan asan qələbə gözləsə də, Uels rəqibini darmadağın edib.

Baxmayaraq ki, oyunda hesabı Belçikalı Naynqolan 13-cü dəqiqədə gözəl zərbəylə açıb. Ancaq 30-cu dəqiqədə günc zərbəsindən Eşli Uilyams baş zərbəsi ilə hesaba tarazlıq gətirib. İkinci hissənin 54-cü dəqiqəsində isə Robson-Kanu fərqi 2-yə çatdırıb – 2:1.

Bu qoldan sonra rəqib qapısına yüklənən Belçikalılar 85-ci dəqiqədə qapılarında daha bir qol görüblər. Vouks baş zərbəsiyə fərqi 3-ə çatdırıb – 3:1.

Onu da qeyd edək ki, 1/2 finalda Uels Portuqaliya yığması ilə qarşılaşacaq.