XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 İyul 2016 - 18:11

Sabunçu polisində tədbir –Azərbaycan Polisin yaranmasının 98-ci ildönümü qeyd edildi

sabunçu-12

Paytaxtda və bölgələrdə Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı tədbirlər davam edir.

Strateq.az xəbər verir ki, gün ərzində maraqlı tədbirlərdən biri də Bakının Sabunçu Rayon Polis İdarəsində keçirilib. 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin də qatıldığı və çıxış etdiyi tədbirdə Azərbaycan Polisinin yaranma tarixindən, həmçinin Daxili İşlər Orqanlarının ölkənin təhlükəsizliyinin qorunmasında, ictimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizənin təşkilindəki rolundan və məsuliyyətindən bəhs edilib, polis-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində maraqlı fikirlər səsləndirilib, təklif və tövsiyələr verilib.

Adil Vəliyev çıxışında ölkənin inkişafında başlıca təməl kimi, sabitliyin və əmin-amanlığın durduğunu və bu sabitliyin təmin edilməsində Azərbaycan Polisinin üzərinə böyük məsuliyyət düşdüyünü, polisin də bu işin öhdəsindən indiyədək layiqincə gəldiyini vurğulayıb.

sabuncu-11

RPİ-nin rəisi, polis polkovniki Eldar İlyasov  mərhum prezident Heydər Əliyevin rəhbərliyilə keçirilən 1994-ci ilin 29 aprel müşavirəsindən sonra ölkədə hüquq-mühafizə siyasətinin əsasının qoyulduğunu, peşəkar, savadlı kadr aparatının formalaşması istiqamətində islahatların davamlı olaraq həyata keçirilməsinin sabitliyin qorunmasında və cinayətkarlıqla mübarizədə ciddi dönüş yaratdığını, cəmiyyətin dəstəyini və etimadını qazanan polisin isə ötən illər ərzində daha da formalaşdığını bildirib.

Həmçinin deyib ki, rayon ərazisində vətəndaş-polis münasibətlərinin qurulması, vətəndaşların üzləşdikləri problemlərin operativ həlli istiqamətində həyata keçirilən tədbirlər hazırda DİN rəhbərliyinin daim diqqətindədir və prioritetdir.

Polis rəisi onu da vurğulayıb ki, cinayətlərin açılmasında, ictimai asayişin təminində xalqın polisə verdiyi dəstək əvəzsisdir və bu, xalq-polis vəhdətinin ən yaxşı nümunəsidir.

Tədbirdə hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ziyalıları və veteran polislər də çıxış ediblər.

sabuncu-13