XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

28 İyun 2015 - 10:41

KXCP qurultay tarixini açıqladı: “Gücümüz sıfra bərabərdir”

mirmahmud.jpg

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qurultayının keçiriləcəyi tarix məlum olub.

KXCP-nin Ali Məclisinin sessiyasında çıxış edən partiya sədri Mirmahmud Mirəlioğlu deyib ki, iyulun birinci ongünlüyünədək Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rayon şöbələrində keçirdiyi konfransların yekunlaşdırılması planlaşdırılıb: “KXCP-nin 45 rayon şöbəsində konfrans keçirilib, nəticələr təsdiqlənib. Qarşıdakı günlərdə isə 9 rayon şöbəsində iclas keçiriləcək, bununla da işləri yekunlaşdıracağıq”. (Report)

O bildirib ki, partiya daxilində qurultayın günü ilə bağlı müzakirələr aparılıb: “Qərara gəldik ki, qurultayı avqustun 1-də keçirək. Qurultayın keçirilməsinə yer ayrılması üçün yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik”.

KXCP sədri öz çıxışında hakimiyyətlə görüşlərdə iştiraka görə ittiham olunmlarında toxunub.

“Azərbaycan hakimiyyətilə müzakirələr apardığımıza görə bəziləri bizi qınadı. Bizi qınayanların nəzərində bu addım fiasko idi. Lakin biz bu cür düşünmürük” – deyən M.Mirəlioğlu bildirib ki, iqtidarla müxalif partiya sədrlərinin keçirdikləri görüşlərin konkret nəticəsi olmasa da, müəyyən gözləntilər var: “Biz bu işi davam etdirəcəyik. Zamanı gələndə bizi qınayanların da cavabını verəcəyik. Təbii ki, bu zaman itkilərimiz də olacaq. Hakimiyyətə təsir etmək imkanımız olmadığına görə bu addımı atdıq. Hər halda, bütün taktiki addımları yoxlamaq lazımdır. Hakimiyyətlə mübarizə aparırıq. Amma etiraf etmək lazımdır ki, gücümüz sıfıra bərabədir. Vəziyyəti dəyişmək üçün çalışmaq lazımdır”.