XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

03 İyul 2016 - 15:55

Azərbaycan elminə ağır itki üz verdi –Tanınmış professor vəfat etdi

bedirxan_musayev.

Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq prorektoru, professor, İqtisad elmləri doktoru, Azərbaycanda iqtisadi kibernetika elmi istiqamətinin yaradılmasının banisi, Dövlət Mükafatı Laureatı Bədirxan Musayev ötən gecə vəfat edib.

Strateq.az Mia.az-a istinadən xəbər verir ki, professor bu gün Bakıdakı Keşlə qəbrstanlığında dəfn olunub.

Mərhumun 3 mərasimi iyulun 5-də Nəsimi bazarının yanında yerləşən xeyir-şər evində keçiriləcək.

Onu da qeyd edək ki, professor Bədirxan Musayev Türk Dünyası Beynəlxalq Araşdırmalar Akademiyasının akademiki, 8 güşəli Beynəlxalq qızıl ulduz medalının sahibi olmaqla yanaşı, həm də respublika və xarici dövlətlər üzrə 60-dan çox elmlər namizədi və doktoru yetişdirib. O, 20 il Təhsil Nazirliyində ictimai əsaslarla “iqtisad” bölməsinə rəhbərlik edib. Ömrünün 60 ilini sərf etdiyi İqtisad Universitetində 12 il rektorun müşaviri, 10 il dekan, 8 il prorektor, 40 il isə "İqtisadi Kibernetika" kafedrasının müdiri işləyib.

Allah rəhmət eləsin!