XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 İyul 2016 - 00:51

Avro-2016: Fransa-İslandiya “duel”ində 7 qol –Almaniya ilə Fransızlar erkən final oynayacaq

avro-2016-cempionat

Bu gün “Avro-2016”da 1/4 final mərhələsində meydan sahibi Fransa İslandiya millisi ilə qarşılaşıb.

Strateq.az xəbər verir ki, hazırda oyunda 2-ci hissə gedir və fransızlar birinci hissədə vurduğu 4 cavabsız qolla qalib gəlirlər.

Qolları 13-cü dəqiqədə Jiru, 20-ci dəqiqədə Pol Poqba, 43-cü dəqiqədə Paye, 45-ci dəqiqədə isə Qrizman vurub – 4:0.

Oyun davam edir. 56-cı dəqiqədə islandlar bu qollardan birinin əvəzini çıxıblar – 4:1.

58-ci dəqiqədə fransızlar daha bir qol vurublar. Jiru 5-ci qola imza atıb – 5:1.

Və bu qoldan sonra baş məşqçi Jirunu əvəzləyir. Yəqin ki, sarı kartı olduğundan baş məşqçi onu Almaniya ilə yarımfinal qarşılaşması üçün meydandan çıxardı…

84-cü dəqiqədə Bajrnosn hesab arasındakı fərqi azaldıb – 5:2.

Xatırladaq ki, bu oyunun qalıbi olan Fransa milliləri yarımfinalda Almaniya ilə qarşılaşacaq.