XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

04 July 2016 - 15:34

Çavuşoğludan təkzib:“İncirlik hərbi bazası ilə bağlı belə söz deməmişəm”

movlud-cavusoglu

“Mən Rusiya təyyarələrinin İncirlik hərbi bazasından istifadə edə biləcəyi ilə bağlı söz deməmişəm”.

Strateq.az bildirir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bununla bağlı KİV-də yayılan xəbəri şərh edərkən deyib və məlumatı təkzib edib.

Onun sözlərinə görə, Türkiyə İŞİD-ə qarşı mübarizədə Rusiya ilə əməkdaşlıq etməyə hazırdır. Lakin rusiyalı həmkarı Lavrovla keçirilən görüşdə İncirlik bazası ilə bağlı məsələ qaldırılmayıb.

“Mən belə bir söz deməmişəm. Türkiyə KİV-ləri mənim sözlərimi düzgün anlamayıb”, -deyə nazir vurğulayıb.