XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

29 İyun 2015 - 06:37

Nazarbayev liftdə qaldı

Qazaxıstan prezidenti Nursultan Nazarbayev İtaliyanın baş naziri ilə liftdə qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Nazarbayevin Qazaxıstan-İtaliya biznes forumunda iştirak etmək üçün Milana səfəri zamanı baş verib.

Prezidentlə baş nazir nasazlığa görə bir neçə dəqiqə liftə qalıblar. Lakin siyasətçilər xilas edildikdən sonra hadisəyə yumorla yanaşıblar.

Baş nazir Matteo Rentsi zarafatla “Bizim Qazaxıstanla çox sıx əlaqələrimiz var” sözlərini işlədib.