XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 July 2016 - 09:49

Cəbhədə nisbi sakitlikdir:Atəşkəs 9 dəfə pozulub

atesh

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Strateq.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin rəsmi  məlumatında bildirilir.

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Voskevan, Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.